25 Ekim 2010 Pazartesi

Ən gözəl cütlük » WWW.CANBAKU.NET:::#1 Azerbaijan Exclusive Portal:::

Ən gözəl cütlük »

Ən gözəl cütlük

Toy fotoqrafı Kənan Məcidov müsabiqə elan edir.


Ən gözəl cütlük
Son aylar etdiyim bol love story çəkilişlərinə istər fotoqraf.az sayt, istərsə də FaceBook fan page izləyiciləri tərəfindən göstərilən maraq, eləcə də sayt və fan page’də keçirdiyim 2 kampaniyanın ardından 3-cü bir kampaniya-foto müsabiqəyə start vermək istəyirəm. “Ən gözəl cütlük” adını verdiyim bu müsabiqə Facebook fan page izləyiciləri arasında keçiriləcək və qalib olan cütlük qış aylarında “Winter love story” çəkilişini əldə edəcəkdir.





Müsabiqənin şərti:

- müsabiqədə iştirak edəcək cütlük, qalib olduqları təqdirdə fotoların müəllif hüquqlarını fotoqrafa verməyə razı qəbul edilir.

Müsabiqənin qaydaları:

- müsabiqədə iştirak etmək istəyən cütlük, birlikdə olduqlarını əks etdirən 1 və ya 2 ədəd fotonu “Ən gözəl cütlük” başlığı ilə kenan@fotoqraf.az ünvanına göndərir (cütlüyün adları qeyd edilməklə).

- göndərilən foto və ya fotolar fan page-də "Ən gözəl cütlük" albomuna yerləşdirilir.

- kampaniya (müsabiqəyə) 23.10.10-da başlayaraq 30.11.10 tarixində sona çatır, qalib isə 03.12.10 tarixində elan edilir.

- qalib, fan page üzvləri tərəfindən səsvermə (bu halda like) yolu ilə müəyyənləşdirilir; ən çox like toplayan foto qalib hesab edilir.

- “klon”, “fake” üzvlər tərəfindən like olunduğu aşkarlandığı təqdirdə foto müsabiqədən kənarlaşdırılacaq.

- fan page üzvləri tərəfindən fotonunuz bəyənməsi üçün fotoyla bərabər müsabiqə üçün istək mesajı, fotoya ad, qısa tanışlıq tarixçəsi və s. də yaza bilərsiniz.

- fotoqraf, ən çox səs toplayan foto ilə yanaşı ən çox şərh yazılmış (simpatiya toplayan, favorit cütlük) əlavə cütlüyü də 2-ci qalib təyin etmə imkanını yaradır.

- müsabiqədə, mənim tərəfimdən nişan, toy reportajları edilmiş, love story-ləri çəkilmiş, eləcə də yaxın zamanlar üçün love story çəkilişi planlanmış cütlüklər iştirak edə bilməzlər.

Müsabiqənin qeydi:

- iştirak etməzdən öncə müsabiqə şərti və qaydalarını bir daha oxumanızı fotoqraf önəmlə rica edir.

- qalib cütlük ilə love story dekabr – fevral ayları arasında, qarlı gündə, gözəl və kreativ ideyalar üzərində keçiriləcək. Arzuya bağlı olaraq Bakıdan kənarda da çəkiliş ediləməsi mümkündür.

Hər kəsə uğurlar

Ən gözəl cütlük

Mənbə:
Ən gözəl cütlük

0 rəy:

Yorum Gönder